“Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar+Video

qarabagin-futbolculari-agdamda
Oxunma sayı: 5447

“Qarabağ” futbol klubu bu gün Ağdam şəhərinə səfər edib.

"Qafqazinfo" xəbər verir ki, klubun məşqçiləri və futbolçuları Ağdam Cümə məscidində namaz qılıblar. Bundan başqa, komanda üzvləri Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın futbolçusu, kapitanı, baş məşqçisi olmuş Allahverdi Bağırovun da məzarını ziyarət ediblər.  Səfər zamanı “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda - məşhur “İmarət” stadionunda simvolik futbol matçı oynayıb.

Qeyd edəlk ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.