“Qarabağ”ın futbolçuları testdən keçdi

qarabagin-futbolculari-testden-kecdi
Oxunma sayı: 1341

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. 

“Qafqazinfo”nun klubun feysbuk səhifəsinə istinadən verdiyi xəbərə görə, hazırlığın ikinci günündə komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb. 

Futbolçular səhər məşqində konkoni testi keçirib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumu yoxlamaqdan ibarətdir. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub. Komanda yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.