“Qarabağ”ın futbolçularının ən böyük dəstəkçiləri - Fotolar

qarabagin-futbolcularinin-en-boyuk-destekcileri
Oxunma sayı: 11654

Azərbaycan futbolunda tarix yazmağa davam edən “Qarabağ” göstərdiyi futbola görə ölkə idmanının bir nömrəli müzakirə mövzusudur. “Qafqazinfo” xəbər verir ki, artıq 9-cu dəfə avrokubokların qrupunda çıxış edən komandamızın “Nant” üzərində qələbəsi isə Qurban Qurbanov və komandasının nüfuzunu bir az da artırdı. 

Adına və uğurlarına görə daim diqqətdə olan Ağdam təmsilçisi həm də heyətində çıxış edən legionerləri ilə tanınır. “Qarabağa”a gələn legionerlərin əksəriyyəti ölkəmizdə sevilməyi bacarır. 

Biz isə sizə Azərbaycanda kifayət qədər diqqət mərkəzində olan “köhlən atlar”ın əcnəbilərinin həm də ailələrini tanıtmaq istəyirik. Futbolçuların ən böyük dəstəkçiləri də elə ailələridir. Hər matçda tribunalarda yer alan futbolçu xanımları və uşaqları onları meydandakı motivasiyasına təkan verir:

Uzun illərdir ölkəmizdə çıxış edən, yığma komandamızın üzvü olan Riçard Almeydanın həyat yoldaşı Kamila Pemeladır. Onların iki qız övladı var.

Həm “Qarabağ”ın, həm də Azərbaycan yığmasının üzvü Filip Ozobiçin sevgilisi isə Nives Yankoviçdir. Bu cütlük sosial mediada o qədər də aktiv deyil. 

Marko Yankoviç və sevgilisi:

Bu mövsümün ən uğurlu oyunçularından biri monteneqrolu Marko Veşoviçdir. Ötən mövsüm o qədər də diqqət çəkməyən müdafiəçi cari ildə adından söz etdirə bildi. Onun xanımı isə bloqer Tamara Veşoviçdir. Cütlüyün bir qızı var. 

Son 2 ilin ən çox gündəmdə olan futbolçusu Kadi Borxesin 2 övladı var. Onun həyat yoldaşı isə Samara Qonçalveşdir. 

Ağdamlıların son transferi Julio Romao da Bakıya sevgilisi ilə gəlib. Onun həmyerlisi Avana Ribeiro ilə uzun sürən münasibətləri var. 

Yarımmüdafiəçi Leandro Andrade də Bakıda sevgilisi ilə birlikdə yaşayır.