“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriç ölkəsinin mətbuatına açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamız haqda danışıb. Duriç Azərbaycan və Serbiya çempionatlarını da müqayisə edib:
“Qarabağ”ın bir çox futbolçusunun şəxsi sürücüsü var. “Qəbələ”nin yaxşı şəraiti və futbol akademiyası var. Premyer Liqada çıxış edən 8 komandanın yarısısının stadionu süni ot örtüklü meydandır. Digər əsas problem isə azarkeş amilidir. 8 komandalı çempionat olduğu üçün 2 oyun ardıcıl qalib gələndə yüksək yerlərə qalxırsan, məğlub olanda isə əksinə baş verir”.
2012/15-ci illərdə vətənində “Yaqodina” klubunda çıxış etmiş yarımmüdafiəçi hələ də maaşını ala bilməməsindən şikayətlənib. Duriç Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib: “İl boyu yeyirlər. Bu, biabırçılıqdı! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.
Son xəbərlər
Son Xəbərlər