“Qarabağ”ın legioneri Dino Ndlovu Çempionlar Liqasının (ÇL) bombardirlər siyahısında liderlər qrupuna daxil olub. “Qafqazinfo” xəbər verir ki, bu, hücumçunun turnirin III təsnifat mərhələsində Moldovada "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda fasiləyə saniyələr qalmış hesabı açmasıyla reallaşıb.
Nəticədə Ndlovunun hesabında artıq 3 qol var. Cənubi afrikalı futbolçu ilk 2 qolu II təsnifat mərhələsində Gürcüstanın "Samtrediya" klubuna 5:0 hesabı ilə qalib gəldiyimiz matçda vurub.
Dino 2-ci mövsümdür şərəfini qoruduğu "Qarabağ"da avrokuboklarda 4 qola imza atıb. O, qol hesabını ötən mövsüm Avropa Liqasının qrup mərhələsində İtaliyada "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətdə açıb.
Tiraspoldakı matçda fərqlənən Ağdam klubunun ispaniyalı yarımmüdafiəçi Migel Maderanın da 3 qolu var. Ancaq bu da 2 mövsümə görədir. Madera da qol hesabını ötən mövsüm qrupda açıb. Bu, PAOK-a Yunanıstanda 2:0 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada olub. O da cari mövsümdə ilk qolunu Gürcüstan çempionu ilə ev oyununda vurub.
Son xəbərlər
Son Xəbərlər