“Qarabağ”ın futbolçusu evləndi - Foto

qarabagin-futbolcusu-evlendi
Oxunma sayı: 4419

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Cavid Tağıyev ailə qurub.

Qafqazinfo” sportnet.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin toy mərasimi dogma şəhəri Tovuzdakı şadlıq evlərindən birində keçirilib.

Mərasimdə bəyin qohumları, dostları ilə yanaşı, çıxış etdiyi klubun rəhbərliyi və tanınmış futbolçular iştirak edib.

Qeyd edək ki, Cavid Tağıyev “Qarabağ”a 2 il öncə AZAL-dan keçib