“Qarabağ”ın futbolçusu Gəncədə daşa basıldı - Foto

qarabagin-futbolcusu-gencede-dasa-basildi
Oxunma sayı: 5097

“Qarabağ”Topaz Premyer Liqasının 23-cü turunda Gəncədə “Kəpəz”in qonağıdır.
 
“Qafqazinfo” “Sportal.az”a istinadən xəbər verir ki, matçın gedişində xoşagəlməz hal baş verib. Belə ki, görüşün 35-ci dəqiqəsində yerli fanatlar Ağdam klubunun futbolçusu Donald Gerryeyə yad əşyalar atıblar.

Fanatlardan biri onun başına daşla vurub. Yerə yıxılan haitili futbolçuya həkim yardım göstərib. Yarımmüdafiəçi oyunu davam etdirə bilib.