“Qarabağ”ın futbolçusu güləşməyi də bacarırmış - Video

qarabagin-futbolcusu-gulesmeyi-de-bacarirmis
Oxunma sayı: 1455

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov futbol oynamaqla yanaşı güləşməyi də bacarırmış.

“Qafqazinfo” rekord.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvünün 5 il bundan qabaq xalça üzərinə çıxdığı görüntülər yayılıb. 

Kadrlar 2011-ci ildə "Qarabağ" komandasının Bakı Özəl Türk Liseyində şagirdlərlə görüşü zamanı lentə alınıb. Liseyi gəzəndə güləş zalına baxış anında İsmayılov təhsil ocağının güləş məşqçisinə mindər üzərinə çıxmağı təklif edib və yekunda da məğlub ayrılıb.