“Qarabağ”ın futbolçusu İsveçrəyə qarşı - İngiltərə Rusiya ilə üz-üzə

qarabagin-futbolcusu-isvecreye-qarsi
Oxunma sayı: 1087

Bu gün Avropa Çempionatının daha 3 oyunu keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, A qrupunun 1 oyunu, B qrupunun isə 2 oyunu bu gün baş tutacaq.

“Qarabağ”ın futbolçusu Ansi Aqollinin də oynadığı Albaniya millisi İsveçrə ilə üz-üzə gələcək. Uels Slovakiya ilə qarşılaşacaq.

Günün maraqlı qarşılaşması isə İngiltərə və Rusiya arasında oynanılacaq.

Avropa çempionatı
Qrup mərhələsi
11 iyun

A qrupu

17:00. Albaniya – İsveçrə
Baş hakim: Karlos Velasko Karbalyo
Lans. “Bollerts-Delelis” stadionu


B qrupu

20:00. Uels – Slovakiya
Baş hakim: Sven Oddvar Moen
Bordo şəhər stadionu

23:00. İngiltərə - Rusiya
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu