“Qarabağ”ın futbolçusu Türkiyədə gözəl qol vurdu, komanda geridönüş etdi - Video

qarabagin-futbolcusu-turkiyede-gozel-qol-vurdu-komanda-geridonus-etdi
Oxunma sayı: 6688

“Qarabağ”ın U-14 komandası Antalyada keçirilən “Junior World Cup”a qatılıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu turnirdə yerli “Özerspor”la qarşılaşıb. 

Oyunda 0:2 hesabı ilə uduzan ağdamlılar sonradan geridönüş ediblər. 

Komanda 81, 86 və 90+2-ci dəqiqədə fərqlənərək qələbə qazanıb. Komandanın üzvü Arda Əzizli matçın 90+2-ci dəqiqəsində gözəl qol vuraraq komandasına qalibiyyəti gətirib. 

Həmin qolun təqdim edirik: