Bu gün Avropa Çempionatında 2 oyun keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşmalar ikisi də A qrupunda baş tutacaq. Qrupun lideri və çempionatın ev sahibi Fransa İsveçrə ilə qarşılaşacaq. Artıq növbəti mərhələyə vəsiqəni təmin edən “xoruzlar” üçün bu matç liderlik baxımından önəmlidir.
Qrupda son 2 pillədə qərarlaşmış Rumıniya və Albaniya isə üçüncülük üçün meydana çıxacaqlar. Ən yaxşı 4 üçüncü yer sahibi də növbəti mərhələyə adlaya biləcəyi üçün bu qarşılaşma hər iki komandaya vacibdir.
A qrupu
3-cü tur
23:00. İsveçrə - Fransa
Baş hakim: Damir Skomina
Stadion: Lill şəhər stadionu
23:00. Rumıniya – Albaniya
Baş hakim: Pavel Kraloveç
Stadion: Lion şəhər stadionu
Son xəbərlər
Son Xəbərlər