“Qarabağın həlli təkcə Əliyevlə Sarkisyandan asılı deyil”

qarabagin-helli-tekce-eliyevle-sarkisyandan-asili-deyil
Oxunma sayı: 2192


Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində artan gərginlikdən narahatlıq duyduğunu ifadə edən Uorlik həmsədrlərin regiona səfərlərinin də əsl məqsədinin bu gərginliyi azaltmaq üçün yollar axtarmaq olduğunu vurğulayıb:

“Hesab edirəm ki, yaxşı xəbər ondan ibarətdir ki, onlar (prezidentlər İlham Əliyev və Serj Sarkisyan-red.) bir-biriləri ilə danışıqlar apara bilirlər. Onlar görüşərkən yeni yolların axtarışı istiqamətində ağıllı yaxşı söhbət edirlər. Hər şey həll edilməsə belə, biz bu görüşlərdə tərəflərin bir-birini yaxşı anladıqlarını görürük, razılıq əldə olunmasa belə, problemin həlli üçün müsbət atmosfer yaranır. 

Paris görüşündə liderlər dialoqu davam etdirmək üçün razılaşdılar. Həqiqətən də, onlar dialoqu intensivləşdirəcəklərini dedilər, lakin şərait mane oldu. Təmas xəttində gərginlik yarandı, ölənlərin sayı artdı, vertolyot vuruldu. Bütün bunlar prezidentlərin görüşünü çətinləşdirdi. Buna görə də bu gün bizim məqsədlərimizdən biri onları danışıqlar masasına qaytarmağın yolunu tapmaqdır. 

 Bilirəm ki, prezidentlər də bunu istəyir. Biz dünən (16 fevral-red.) prezident Əliyevlə danışdıq və o dedi ki, prezident Sakisyanla görüş imkanını alqışlayır. Ümid edirəm ki, Ermənistan prezidenti də eyni şeyi deyəcək. 

Biz real danışıqların getməsini, prosesi sürətləndirmək istəyirik. İnanın ki, həmsədrlər üçün görüş hansı formatda, harada keçiriləcək. Biz hər iki tərəfə deyirik: “niyə bizdə proses getmir?”. Siz görürsünüz digər münaqişələrdə nələr baş verir. Həll təkcə prezidentlərdən asılı deyil. Bəlkə status, karidor və yüksək səviyyədə həll tələb edən bütün bu çətin məsələlərdən başlamayaq. Biz digər məsələləri də müzakirə edə bilərik. Bu telekommunikasiya, infrastruktura və digər məsələlər ola bilər və bu, bizim etmək istədiyimiz şeydir. Əliyev bildirdi ki, o bunu istəyir və mən prezident Sarkisyan da soruşacam ki, o da bu prosesi başlamaq istəyirmi?

Biz ermənilər və azərbaycanlılar arasında kommunikasiya və görüş imkanlarını alqışlayırıq. İnsanlar arasında əlaqə uzunmüddətli nizamlanma əldə etmək üçün mühüm əhəmiyyət daşıyır”.