“Qarabağ”ın hücumçusu Dino Ndlovu “MTN Football”a açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, Cənubi Afrika millisindən kənarda qalmasına münasibət bildirib.
Ndlovu yenidən heyətə dönəcəyini iddia edib: “Milliyə dəvət alanda həmişə fəxr etmişəm. Yığmanın üzvü olmaq qürurvericidir. Ötən mövsüm milliyə çağırılmadığım üçün məyus idim. Niyə kənarda qalmağımın səbəbini bilmirəm. Mənə lazım olan şansı vermədilər. Lakin komandam üçün hər şeyi etmişəm. Yeni baş məşqçini gözləyirəm. Oynamağa həmişə hazıram. Millinin formasını geyinmək şərəfdir”.
Ndlovu “Qarabağ”dakı durumuna da şərh verib: “Mövsümə yaxşı başlamadım. Çünki “Qarabağ”la təlim-məşq toplanışında olmamışdım. Bu amil məni bir az ləngitdi. Son oyunlarda formadayam və qol vururam. “Qızıl dubl” edəcəyimizə ümidim var”.
Son xəbərlər
Son Xəbərlər