“Qarabağ”ın iki futbolçusu cəzalı duruma düşdü

qarabagin-iki-futbolcusu-cezali-duruma-dusdu
Oxunma sayı: 2214

“Qarabağ”ın futbolçusu Marko Veşoviç cəzalı duruma düşüb.

“Qafqazinfo” xəbər verir ki, buna onun Konfrans Liqasının pley-offunda hazırda davam edən “Gent”ə qarşı cavab oyununda sarı vərəqə görməsi səbəb olub. 

Bu mövsüm qrup mərhələsindən etibarən 3-cü xəbərdarlığını alan monteneqrolu müdafiəçi Ağdam təmsilçisi növbəti mərhələyə yüksələcəyi təqdirdə, 1/8 finalın ilk matçını buraxmalı olacaq.

Matçın ikinci hissəsində Julio Romao da eyni aqibətlə üzləşib.