Qarşıdakı mövsüm üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb.
Qolkiper artıq çempionumuzun Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı "çərçivə qoruyucusu" geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.
Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.
Son xəbərlər
Son Xəbərlər