“Qarabağ”ın ilk sınağı

qarabagin-ilk-sinagi
Oxunma sayı: 1000

"Qarabağ" Çempionlar Liqasına hazırlığını Avstriyada davam etdirir. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi bu gün ilk yoxlama görüşünə çıxacaq.

Qurban Qurbanov yetirmələrini Bolqarıstan təmsilçisi "Ludoqorets"lə qarşılaşmada sınayacaq. Oyun Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Qeyd edək ki, Bakı toplanışı zamanı "Səbail" üzərində 3:1 hesablı qələbə qazanan "Qarabağ" Avstriyada daha 3 yoxlama görüşü keçirəcək. Ölkə çempionu müvafiq olaraq Rumıniya “Krayova”sı (25 iyun), Rusiya “Ufa”sı (28 iyun) və Çexiya “Viktoriya”sı (2 iyul) ilə üz-üzə gələcək.

Yoxlama görüşü

22 iyun

20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)