“Qarabağ”ın keçmiş futbolçusu Faysal Rerras karyerasını Bolqarıstanda davam etdirəcək.
“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı futbolçu “Levski”yə keçib. Mərakeşli müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Rerras son olaraq Mərakeşin “Mouloudia Ujda” klubunda oynayıb.
Faysal 2019/20-ci il mövsümündə “Qarabağ”da çıxış edib.
Son xəbərlər
Son Xəbərlər