“Qarabağ”ın “Lex”lə matçlarının vaxtı bəlli oldu

qarabagin-lexle-matclarinin-vaxti-belli-oldu
Oxunma sayı: 3443

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda “Lex”in qonağı olacaq “Qarabağ”ın matçının vaxtı dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, Poznanda oynanılacaq qarşılaşma Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Komandaların Bakıda baş tutacaq cavab oyunu isə 20:00-da başlayacaq.

Qeyd edək ki, ilk matç iyulun 5-də, cavab oyunu isə 1 həftə sonra keçiriləcək.