“Qarabağ”ın matçının saatı bəlli oldu

qarabagin-matcinin-saati-belli-oldu
Oxunma sayı: 1572

“Qarabağ”ın Antalya toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun saatı müəyyənləşib.

“Qafqazinfo xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Yanvarın 18-də Rumıniyanın “Akademika Klinçeni” klubu ilə keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq