““Qarabağ”ın məşqçisi də rus dilində danışırdı” - Kadi Borxes

qarabagin-mesqcisi-de-rus-dilinde-danisirdi
Oxunma sayı: 4470

“Qarabağ”dan ayrılıb Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borxes bu ölkənin mətbuatına müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, o, maraqlı açıqlamaları ilə yadda qalıb.

Braziliyalı vinger “rus dili barədə məlumata sahibsinizmi” sualına belə cavab verib: “Bəli, mən artıq rus dili ilə tanışam, çünki “Qarabağ”ın məşqçisi də bu dildə danışırdı.

Orada da bir çox oyunçu rusca danışırdı, ona görə də sizin diliniz mənə tanışdır. Düzdür, Azərbaycanda ingilis dilini öyrənməyə diqqət yetirdim, çünki məşqçi bu dildə də danışırdı. Amma həyat yoldaşım yanıma gələn kimi, rus dilini öyrənməyi planlaşdırıram. Bu mənim üçün çox vacibdir, biz onunla müəllimlə işləyəcəyik. İndi bir neçə söz deyə bilərəm: “Yaxşı, davam et, geriyə, sağ ol, buyurun”. Mən yaxşı başa düşürəm, amma hələ də danışmaq çətindir”. 

Həmçinin oxuyun: Военнослужащий, убивший жену своего брата, приговорен к 20 годам тюрьмы