“Qafqazinfo” xәbәr verir ki, bütün oyunlar eyni gündә baş tutub.
Açılış matçında “İnter” doğma meydanda “Simurq”u qәbul edib vә 2:1 hesablı qәlәbә qazanıb.
“Neftçi” “Sumqayıt” sәfәrinә yollanıb. “Ağ-qarlalar” Nikolas Kanalesin yeganә qolu ilә 3 xalı aktivinә yazıb.
Lider “Qarabağ” “Qәbәlә”ni qәbul edib. Qurban Qurbanovun komandası evdә mәğlub olaraq mövsümdә 3-cü mәğlubiyyәtini alıb.
Qış fasilәsindәn sonra qәlәbә üzünә hәsrәt qalan “Xәzәr Lәnkәran” doğma azarkeşlәri önündә “Bakı”nı qonaq edib vә 2:1 hesablı qalibiyyәt qazanıb.
“İnter” – “Simurq” - 2:1
QOL: B. Sxadadze, 18, E. Məmmədov, 79 - M. Stanoyeviç, 87
“Sumqayıt” – “Neftçi” - 0:1
QOL: N. Kanales, 83
“Xəzər Lənkəran” – “Bakı” - 2:1
QOL: A. Ramazanov, 9, 79 - N. Novruzov, 42
“Qarabağ” – “Qəbələ” - 0:1
QOL: E. Ehiosun, 44
Elsevər
Son xəbərlər
Son Xəbərlər