“Qarabağ"ın necə oynadığını görmək istəyirdim” - Ramil Şeydayev

qarabagin-nece-oynadigini-gormek-isteyirdim
Oxunma sayı: 2404

"Ötən mövsüm onların Avropa Liqasındakı bəzi oyunlarını da izləmişəm"

"Qarabağ" yoldaşlıq matçında "Zenit"i 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan əsilli futbolçu Ramil Şeydayev matçdan sonra fikirlərini bildirib:

"Bu oyun mənim üçün xüsusi maraq kəsb edirdi. "Qarabağ"ın necə oynadığını görmək istəyirdim. Onların oyununu çox bəyəndim. Topla yaxşı rəftar edirdilər. Heyətlərində güclü futbolçular var. "Qarabağ" həmişə avrokuboklarda oynayır. Ötən mövsüm onların Avropa Liqasındakı bəzi oyunlarını da izləmişəm".