“Qafqazinfo” xəbər verir ki, lider “Qarabağ” bu gün “Azal”ın qonağı olacaq. Qarşısına çıxan rəqibi böyük hesablarla məğlub edən Ağdam təmsilçisi addım-addım çempionluğa doğru irəliləyir. 61 xalla I olan və ən yaxın izləyicisi “Neftçi”ni 10 xal qabaqlayan “Qarabağ” növbəti 3 xalı qazanmaqla daha da əlçatmaz olmaq niyyətindədir. 29-cu turun proqramı belədir:
5 aprel
Saat 17:00
“Azal”- “Qarabağ”
Saat 17:00
“Rəvan”- “Sumqayıt”
Saat 18:00
“Xəzər Lənkəran”- “Qəbələ”
6 aprel
Saat 15:30
“Neftçi”- “Bakı”
Saat 16:00
“Simurq” – “İnter”
İqbal
Son xəbərlər
Son Xəbərlər