“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

qarabagin-novbeti-reqibi-mueyyenlesdi
Oxunma sayı: 2630

Avropa Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə adlayan “Qarabağ”ın növbəti rəqibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu, ikinci təsnifat mərhələsində keçirilən “Vlajniya” (Albaniya) - AEL (Kipr) matçından sonra müəyyənləşib. Hər iki oyunda rəqibini 1:0 hesabı ilə məğlub edən Kipr təmsilçisi Ağdam klubuna rəqib olub.

Qeyd edək ki, “Qarabağ”ın AEL ilə ilk oyunu avqustun 5-də Limassolda, cavab qarşılaşması isə avqustun 12-də Bakıda baş tutacaq.