“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Hollandiyanın “Tvente” klubu ilə qarşılaşacaq. Bu rəqiblər əslində bir-birlərinə o qədər də yad deyillər. Belə ki, hər iki klub 2009-2010-cu il mövsümündə yenə də Avro Liqanın play-off mərhələsində üz-üzə gəliblər. O zaman hər iki oyunun nəticəsinə görə sevinən tərəf (0:0, 3:1) “Tvente” idi. Lakin hazırda “Tvente” həmin gücdə, “Qarabağ”da həmin təcrübədə deyil. Təmsilçimiz bu gün istədiyi nəticəni qazana və cavab qarşılaşmasına rahat şəkildə yollana bilər.
“Qarabağ”-“Tvente” matçını almaniyalı baş hakim Manuel Qrafe idarə edəcək. Oyun saat 21:00-dan etibarən start götürəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər