“Qarabağ”ın oyunlarının başlanma saatı dəqiqləşdi

qarabagin-oyunlarinin-baslanma-saati-deqiqlesdi
Oxunma sayı: 711

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyunlarının başlanma vaxtı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, komandalar arasında ilk oyun avqustun 15-də Bakıda, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma yerli vaxtla 20.00-da başlayacaq.

Cavab oyunu isə avqustun 23-də Kopenhagendə Bakı vaxtı ilə 22.45-də start götürəcək.