“Qarabağ”ın oyunu- - Rusiya NTV-sində

qarabagin-oyunu-
Oxunma sayı: 1649


“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, Avroliqanın görüşlərinin yayım hüququnu alan NTV Ağdam təmsilçininin sözügən matçını yayımlamaq qərarı verib. “Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-i, saat 21.00-dan etibarən NTV Plyus qrupuna daxil olan “NTV Sport Soyuz” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Artıq bu matç telekanalın proqramına daxil edilib.

Bundan başqa, həmin gecə saat 03.55-də “NTV futbol 2”, “NTV Futbol 2 HD”, sentyabrın 19-u saat 15.30-dan etibarən isə “NTV Sport Xit”, “NTV Sport Xit HD” kanallarında  “Qarabağ” – “Sent Etyen” matçının videoyazısı təqdim olunacaq.