“Qarabağ”ın oyununa 10 min bilet satıldı

qarabagin-oyununa-10-min-bilet-satildi
Oxunma sayı: 1511

“Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyununa 10 min bilet satılıb.

Bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlama verib. O bildirib ki, bu rəqəm dünən axşamkı nəticəyə görədir. Hazırda da bilet satışı davam etdirilir.

Qeyd edək ki, “Qarabağ”ın bugünkü rəqibi Lüksemburqun “Dudelange” klubudur. Matç 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.