“Qarabağ”ın oyununa 15 min bilet satılıb

qarabagin-oyununa-15-min-bilet-satilib
Oxunma sayı: 2264


Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu günə qədər 15 min bilet satılıb. 

Nurlan İbrahimov onu da qeyd edib ki, 8 min bilet də fan klublara verilib: "Futbolçular oyuna tam hazırdır və motivasiya yüksəkdir. Komandada itki yoxdur. Məşqlər sabah saat 19:45-də başlayacaq". 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə sabah saat 21:00-da qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Günel Hacı