“Qarabağ”ın oyununa 18 min 500 bilet satılıb

qarabagin-oyununa-18-min-500-bilet-satilib
Oxunma sayı: 1748

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununa satılan biletlərin sayı məlum olub.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə Bakı Olimpiya Stadionunda keçiriləcək matça 18 min 500 bilet satılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 69 min 870 nəfərdir. Qarşılaşma saat 20:00-da başlayacaq.