“Qarabağ”ın oyununa 22 mindən çox bilet satılıb

“Qarabağ”ın oyununa 22 mindən çox bilet satılıb
Oxunma sayı: 1492

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada keçiriləcək “Lex” – “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, indiyə qədər oyuna 22 minən çox bilet satılıb.

Belə ki, Polşa təmsilçisinin rəsmi tviter səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, hazırda bu oyun üçün kassalarda 21 min 23 ədəd bilet qalıb. “Poznan” stadionunun azarkeş tutumunun 43 min nəfər olunduğu nəzərə alındıqda oyuna 22 minə biletin satıldığı məlum olur.

Qeyd edək ki, "Lex" - "Qarabağ" matçı iyulun 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra ölkəmizdə gerçəkləşəcək.