“Qarabağ”ın oyununa 27 min bilet satılıb

qarabagin-oyununa-27-min-bilet-satilib
Oxunma sayı: 1787

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə cavab görüşünə çıxacaq “Qarabağ”ın matçına satılan bilet sayı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma üçün 27 min bilet satılıb. 

Qeyd edək ki, matç saat 20:00-da start götürəcək.