“Qarabağ”ın oyununa az sayda bilet qaldı

qarabagin-oyununa-az-sayda-bilet-qaldi
Oxunma sayı: 2825

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə evdə keçirəcəyi oyuna maraq çoxdur. 

“Qafqazinfo” xəbər verir ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş üçün kassalarda cəmi 3 min 500 bilet qalıb.

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.