UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) matçının biletləri sabahdan etibarən satışa çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 AZN arasında dəyişəcək. VİP biletlər isə 30 AZN dəyərindədir.
Xatırladaq ki, iyulun 11-də Tofiq Bəhramov adna Respublika stadionunda keçiriləcək oyun saar 21:00-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər