“Qarabağ”ın oyununa biletlərin 80 faizindən çoxu satılıb

qarabagin-oyununa-biletlerin-80-faizinden-coxu-satilib
Oxunma sayı: 2482

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ev oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, iyulun 19-u Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə 25 min bilet (80 faizindən çoxu) satılıb. 

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

Xatırladaq ki, Respublika Stadionunun tutumu 31 min nəfərdir.