“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

qarabagin-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 3246

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma üçün hazırkı vaxta qədər 25 min bilet satılıb. Bu barədə klubdan məlumat verilib. 

Stadionun tam dolması üçün 6 min bilet satışda qalıb. 

Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.