Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” PFL-ə müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. “Qarabağ” bununla əlaqədar olaraq, II turda “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Rəvan”ın razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” – “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, II turda “Rəvan” “Qarabağ”ı, ikinci dövrənin X turunda isə “Qarabağ” “Rəvan”ı qəbul edəcək.
Həmçinin canlı yayımla əlaqədar olaraq, “İnter” – “Neftçi” matçı öncədən nəzərdə tutulduğu kimi avqustun 15-də deyil, 17-də baş tutacaq.
Topaz Premyer Liqası
II tur
15 avqust (şənbə)
21:00. “Rəvan” – “Qarabağ”
“Bayıl Arena”
21:00. AZAL – “Qəbələ”
“AZAL Arena”
16 avqust (bazar)
18:30. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu
21:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
“Kapital Bank Arena”
17 avqust (bazar ertəsi)
21:00. “İnter” – “Neftçi”
“İnter Arena”
Son xəbərlər
Son Xəbərlər