Xorvatiyalı hakim Ayvan Bebek ölkəsində hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, Ayvan “Hayduk Split”-“Lokomotiv Zaqreb” qarşılaşmasında verdiyi qərarlar səbəbindən sərt reaksiya ilə üzləşib. Matçdan sonra gecə klubuna gedən Bebek çıxışda fiziki müqavimətlə üzləşib.
Ayvana azarkeşlərin hücum etdiyi ehtimal olunur.
Qeyd edək ki, xorvatiyalı referi azərbaycanlı futbolsevərlər üçün tanış simadır. O, ötən il Millətlər Liqası çərçivəsində millimizin Malta ilə oyununu idarə edib. Bundan başqa, ədalət təmsilçisi 2016-cı ildə keçirilən "Qarabağ" - "Fiorentina" matçının da baş hakimi olub. O, Avropa Liqasının qrup mərhələsində Bakıda "Qəbələ" və Almaniya "Borussiya"sı arasında keçirilən oyunu da idarə edib.
Təcrübəli referi 2005/2006 mövsümündə isə "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsində İslandiyanın "Hafnarfyordur" komandasına qarşı Bakıda baş tutmuş görüşdə baş hakim kimi meydana çıxıb.
Son xəbərlər
Son Xəbərlər