“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

qarabagin-oyununun-vaxti-deyisdirildi
Oxunma sayı: 1005

Topaz Premyer Liqasının XXII turu çərçivəsində baş tutacaq “Qarabağ” – AZAL matçının başlanma saatında dəyişiklik edilib.

“Qafqazinfo” Ağdam klubunun saytına istinadən xəbər verir ki, martın 14-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Əvvəl isə oyunun startı saat 18:00-a planlaşdırılmışdı.

Qeyd edək ki, “Qarabağ” – AZAL matçı "Azərsun Arena"da keçiriləcək.