“Qarabağ”ın “Partizani” ilə oyunlarının vaxtı bəlli oldu

qarabagin-partizani-ile-oyunlarinin-vaxti-belli-oldu
Oxunma sayı: 1802

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Albabiyanın “Partizani” klubuna qarşı keçirəcəyi matçların vaxtı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Tiranada baş tutacaq ilk görüş iyulun 9-da baş tutacaq. Cavab oyunu isə bundan bir həftə sonra - iyulun 16-da Bakıda keçiriləcək. “Dalğa Arena”da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.

“Qarabağ” “Partizani” səddini aşacağı təqdirdə, növbəti mərhələdə “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya” cütünün qalibi iıə qarşlaşacaq.