“Qarabağ”ın pley-off oyununun biletləri nə vaxt satışa çıxarılır?

qarabagin-pley-off-oyununun-biletleri-ne-vaxt-satisa-cixarilir
Oxunma sayı: 722

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq “Qarabağ”ın oyununa biletlərin satışa çıxarılacağı tarix bəlli olub.

“Qafqazinfo”ya klubdan verilən məlumata görə, biletlər 12 avqustdan kassalarda olacaq. 

Biletlərin satışa çıxarılmasının gecikməsinə səbəb isə UEFA-nın gec təsdiq cavabı verməsi olub. 

Qiymətlər isə 1-50 manat aralığında olacaq. Sektorlar üzrə biletlər  1,2,3,5,10 və  50 manata satılacaq.