Bu gün “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
“Qarabağ”ın Polşa çempionu “Rakuv”la təşkil etdiyi cütlük püşk zamanı səpələnmişlər səbətində olacaq. “Köhlən atlar” 2-ci raundda polşalıları məğlub edəcəyi halda “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail), “Aris” (Kipr) – BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
***
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uduzacağı təqdirdə rəqiblərinin də adına aydınlıq gəlib. Bunlar “Luduqorets” (Bolqarıstan) - “Olimpiya” (Sloveniya), “Aris” (Kipr) - BATE (Belarus), “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail) və “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) cütləridir.
Son xəbərlər
Son Xəbərlər