“Qarabağ”ın potensial rəqibləri

qarabagin-potensial-reqibleri
Oxunma sayı: 5032

“Qarabağ”ın 2023/24 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, bu mövsüm vaxtından əvvəl çempionluğunu qazanmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Ötən həftənin yekunu olaraq 15 potensial rəqibdən daha dördü müəyyənləşib: “Linkoln” (Cəbəllütariq), “Aris” (Kipr), “Farul” (Rumıniya) və “Balkani” (Kosovo).

Həmçinin oxuyun: Уволенный следователь просит ареста жены

Belə ki, hazırda Ağdam klubunun 13 mümkün rəqibi bəllidir: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmiera” (Latviya), “Balkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun Spartans” (Malta), “Svift” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

“Breydablik” (İslandiya), “Tre Penne” (San Marino), “Atletik” (Andorra) və Monteneqro çempionatının qeyri-müəyyən qalibinin qarşılaşacağı Albaniya təmsilçisi, ilkin seçmə mərhələnin qalibi hələlik məlum deyil.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də, ertəsi gün isə 2-ci mərhələnin püşkü atılacaq. 1-ci turun oyunları 11-12 və 18-19 iyul tarixlərində keçiriləcək.