“Qarabağ”ın “qara bazarı”- - 1 manat bahasına...

qarabagin-qara-bazari-
Oxunma sayı: 1121


Satışın ilk günü olmasına baxmaraq, bilet almaq istəyən azarkeşlər stadion önünə axışmağa başlayıblar.

“Qafqazinfo”nun əməkdaşının məlumatına görə, hazırda Tofiq Bәhramov adına Respublika Stadionunun önündә 2 manatlıq biletlәr 3 manata satılır. “Satıcılar” bunu kassalardan biletlәri 2 manat 50 qәpiyә almaqları ilə əsaslandırırlar. 

Xatırladaq ki, bu gün “Qarabağ” rəhbərliyi vətəndaşlara müraciət edərək qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet almaqlarını tövsiyə edib:

“Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.

Elsevər

“Qafqazinfo”