“Qarabağ”ın “Rakuv”la Bakıdakı matçının vaxtı bəlli oldu

qarabagin-rakuvla-bakidaki-matcinin-vaxti-belli-oldu
Oxunma sayı: 6803

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Qarabağ Rakov (Polşa) oyununun tarixi və başlama saatı bəlli olub.

“Qafqazinfo” UEFA-ın saytına xəbər verir ki, matç avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun yerli vaxtla saat 20:00-da başlanacaq. 

Bu komandalar arasında ilk görüş isə iyulun 26-da Polşada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.