“Qarabağ”ın rəqibi darmadağın oldu - Video

qarabagin-reqibi-darmadagin-oldu
Oxunma sayı: 4424

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi İsveçrə “Sürix”i ölkə çempionatında yeni mövsümündə ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda səfərdə “Yanq Boyz”la qarşılaşıb. 

“Sürix” 0:4 hesabı ilə uduzub. Komanda bütün qolları ikinci hissədə buraxıb. 

Qeyd edək ki, “Qarabağ” “Sürix”lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.