“Qarabağ”ın rəqibi kim olacaq?

qarabagin-reqibi-kim-olacaq
Oxunma sayı: 805


“Qafqazinfo”nun “Apasport.az” saytına istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq ədbirdə Avropanın 37 ölkəsinin çempionlarının rəqibləri müəyyənləşəcək.

 Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycanın ən yaxşısı “Qarabağ” da öz rəqibinin adını biləcək. Topaz Premyer Liqasının son qalibi II təsnifat mərhələsindən mübarizəyə qatılacaq.

 Ən aşağı reytinqli 6 komanda isə ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin 3 qalibi isə 31 kluba qatılacaq. II təsnifat mərhələsinin püşkü zamanı 31 klub və 3 cütlük iştirak edəcək. Bu cütlüklərin hamısı səpələnməmişlər səbətində yer alacaq. “Qarabağ” isə yüksək reytinqli komandaların qərarlaşdığı səpələnmişlər sırasındadır.

 I təsnifat mərhələsi

Səpələnmişlər: “Torshavn” (Farer adaları), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Banants” (Ermənistan), “La Fiorita” (San-Marino)

 II təsnifat mərhələsi

Səpələnmişlər: “Sytaua” (Rumıniya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Makkabi” (Təl-Əviv, İsrail)

“Şerif” (Moldova), “Slovan” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “QARABAĞ” (AZƏRBAYCAN), HİK (Finlandiya), “Legiya” (Polşa), “Srvena Zvezda” (Serbiya), “Debretsen” (Macarıstan), “Maribor” (Slovaniya)

Səpələnməmişlər: “Dinamo” (Gürcüstan), “Malmö” (İsveç), “Stromsqodset” (Norveç), “Reykyavik” (İslandiya), “Sent Patriks” (İrlandiya), TNS (Uels), “Skenderbeu” (Albaniya), “Zrinski” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Rabotniçki” (Makedoniya), “Jalgiris” (Litva), “Kliftonvill” (Şimali İrlandiya), “Düdelanj” (Lüksemburq), “Sutyeska” (Monteneqro)

Artıq  “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb. Püşkatma zamanı ağdamlılara 5 komandadan biri rəqib olacaq. Bunlar “F91 Düdelanj” (Lüksemburq), “Strömsqodset” (Norveç), “Sent-Patriks Atletik” (İrlandiya), “Valletta” (Malta), “Jalgiris” (Litva)