“Qarabağ”ın rəqibi kubokda darmadağın oldu

qarabagin-reqibi-kubokda-darmadagin-oldu
Oxunma sayı: 2456

Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. “Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə aşağı liqa təmsilçiləri “Berjera” “Versal” üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Versal” yarımfinala yüksəlib.

Günün digər matçı “Qarabağ”ın Avropa Konfrans Liqasındakı rəqibi “Marsel”lə  “Nitsa” arasında baş tutub. Rəqibini böyük hesabla məğlub edən “Nitsa” yarımfinala çıxıb.

Fransa kuboku
1/4 final

9 fevral

Berjerak – Versal 1:1 (penaltilər 4:5)
Qol: Tressens, 89 – Dyarrassuba, 14.

Nitsa – Marsel 4:1
Qol: Quiri, 10. Kluyvert, 29; 49. Delor, 61 – Bard, 3-öz qapısına.