Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, 12 qarşılaşmadan sonra 2-ci mərhələyə yüksələcək komandaların hamısı bəlli olacaq.
Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ" 2-ci mərhələdə "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) oyununun qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
19:00 “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
20:00 “Molde” (Norveç) - “KuPS” (Finlandiya)
20:30 “Flora” (Estoniya) - “Suduva” (Litva)
21:00 "Çelye" (Sloveniya) - “Dandolk” (İrlandiya)
21:00 “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya)
21:00 "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)
21:00 “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
22:00 “Buduçnost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan)
22:00 "Konnas Ki" (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00 “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)
22:00 “Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq)
23:00 “Floriana” (Malta) - ÇFR (Rumıniya).
Son xəbərlər
Son Xəbərlər