“Qarabağ”ın rəqibi stadionunu Türkiyə bayrağı ilə işıqlandırdı - Foto

qarabagin-reqibi-stadionunu-turkiye-bayragi-ile-isiqlandirdi
Oxunma sayı: 3059

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i Türkiyəyə dəstək məqsədilə etdiyi addımla diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, klub ev oyunlarını keçirdiyi “Gelamko Arena”nı Türkiyə bayrağının rəngində işıqlandırıb.

Klub rəsmi sosial şəbəkələri vasitəsilə Türkiyədəki dağıdıcı zəlzələdə zərər çəkmiş şəxslərlə həmrəy olduğunu bildirib.